İstifadəçi razılaşması
Hazırkı Razılaşma https://emporium.az/ Servisinin İstifadəçilər tərəfindən istifadə şərtlərini müəyyən edir. https://emporium.az/ Servisindən istifadə etməklə, siz, İstifadəçilər üçün bu İstifadəçi Razılaşması ilə razılaşmış olursunuz ("İstifadəçi Razılaşması").
Xahiş edirik, Servisdən istifadə etməzdən əvvəl aşağıdakı Razılaşmanı diqqətlə oxuyun. Əgər Razılaşma ilə razı deyilsinizsə, Servisdən istifadə etməməyinizi xahiş edirik. Bu Razılaşma, https://emporium.az/ servisindən hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alqı-satqı müqavilələrinə şamil edilir.
1. Əsas anlayışlar
1.1. Hazırkı İstifadəçi Razılaşmasının məqsədləri üçün aşağıda göstərilən terminlər və təyinlər aşağıdakı mənada tətbiq olunur:
İstifadəçi razılaşması (RAZILAŞMA): bu sənəddə onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər.
Razılaşmanın Tərəfləri: Satıcı və Alıcı.
Alıcı: "www.emporium.az" internet səhifəsinin verdiyi texniki imkanlar vasitəsi ilə elektron/onlayn və ya nağd (qapıda) formada ödəniş edərək saytda qeyd olunmuş məhsulları sifariş edən/alan, həmçinin bu "İstifadəçi razılaşması"nın şərtləri ilə razılaşan fiziki şəxs.
Verifikasiya: müəyyən telefon nömrəsinin konkret fiziki şəxsə məxsus olduğunu müəyyən etməyə imkan verən prosedurdur. Bu prosedur nəticəsində Müştəriyə Unikal identifikator verilir və verifikasiya edilmiş telefon nömrəsinə bağlı olan Şəxsi kabinetə keçid təqdim edilir.
Şəxsi kabinet: Alıcı tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və parametrlər məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.
Satıcı: saytda öz mallarını onlayn qaydada satan, satış və çatdırılma şərtlərini özü müəyyən edən hüquqi şəxs – "SİNTEKS" MMC (hüquqi ünvanı: AZ1095, Bakı ş., Səbail r-nu, Rəsul Rza küç. 3; VÖEN: 1700042741).
Servis: İnternet şəbəkəsində https://emporium.az/ ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Satıcı tərəfindən yerləşdirilmiş informasiyadır. Servisə dair bütün mülkiyyət hüquqları müstəsna olaraq Satıcıya aiddir.
Mal (Mallar): İstifadəçi ilə Satıcı arasında alqı-satqı mülki-hüquqi münasibətlərinin (sövdələşmənin) predmeti olan mallardır. Satıcı satılan Malın (Malların) mülkiyyətçisidir. Çatdırılmasının təşkil edilməsi üzrə xidmətlərin Servisdə İstifadəçi tərəfindən əldə edildiyi Malların alqı-satqısı ilə əlaqədar olan bütün qarşılıqlı münasibətlər bilavasitə olaraq Satıcı ilə İstifadəçi arasında yaranır.
Alıcının şəxsi informasiyası: Alıcı haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, Alıcı özü haqqında, Alıcının şəxsi məlumatları, Servisdən istifadə prosesində Satıcıya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya Servisdən istifadə prosesində təqdim edir.
Sifariş: Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə saytdan məhsul alınması məqsədilə alıcı tərəfindən saytda mövcud olan müvafiq formanın doldurularaq satıcıya elektron formada göndərilməsi.
Spam: alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.
1.2. Hazırkı İstifadəçi Razılaşmasında istifadə olunan və "Əsas anlayışlar" bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Satıcı tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.
2. Ümumi şərtlər
2.1. Servis xidmətlərindən və materiallarından istifadə etmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin hazırkı Razılaşma ilə tənzimlənir.
2.2. Hazırkı Razılaşma ictimai ofertadır.
2.3. Servis xidmətlərindən istifadə edərək, Alıcı hazırkı Razılaşmaya qoşulur və onun Servis xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
2.4. Hüquqi şəxs adından Servisdən istifadə halında belə hüquqi şəxs hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir.
2.5. Alıcı hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda, o Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadə etməni dayandırmalıdır.
2.6. İstifadəçi o haqda müddəanı qəbul edir ki, Servisin bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Satıcı hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.
2.7. Servisdə qeydiyyat könüllüdür. Servisdə qeydiyyat halında Alıcı Servisin əlavə xidmətlərinə daxil olur. Satıcı Alıcıdan onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
2.8. Alıcı öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və parolundan istifadəyə dair hərəkətlərə, həmçinin də Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. Alıcı Servis xidmətlərindən yalnız öz şəxsi elektron ünvanından və parolundan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər Alıcıda onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, Alıcı öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.
2.9. Satıcı öz şəxsi mülahizəsi üzrə Alıcının hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.
2.10. Alıcı qanunvericilik və ya beynəlxalq hüququn normalarının pozulması kimi baxıla bilən hərəkətlərə, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Servisin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətlərə təşəbbüs etməməyə razılaşır.
2.11. Alıcı tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Servis məsuliyyət daşımır.
2.12. Bundan başqa, Alıcı öhdəsinə götürür:
2.12.1. Servisin infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;
2.12.2. Servisə girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Servisin işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı.
2.13. Alıcı tərəfindən verilmiş məlumatlar və onun Servisdə hərəkətləri aşağıdakıları özündə ehtiva etməməlidir:
2.13.1. yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
2.13.2. dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
2.13.3. özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;
2.13.4. özündə kimə qarşı olursa olsun böhtan və ya təhdidləri saxlama;
2.13.5. cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
2.13.6. imkan yaratmaq, dəstəkləmək və ya terror və ekstremist fəaliyyətə çağırmaq;
2.13.7. özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənilməsinə yönəldilmiş hərəkətlər;
2.13.8. qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.
2.14. Satıcı istənilən vaxt, hazırkı Razılaşmada göstərilmiş qaydaları pozan səbəblərdən və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən, Alıcının fəaliyyətini və satışı dayandırmaq, ondan imtina etmək hüququna malikdir.
3. Servisdə istifadəçinin qeydiyyatı qaydası
3.1. Servisdə qeydiyyat və/ və ya Sifarişin rəsmiləşdirilməsi üçün Alıcıya telefon nömrəsi ilə aşağıdakı verifikasiya prosedurundan keçmək zəruridir:
- telefon nömrəsini xüsusi bölməyə daxil etmək, daha sonra "kodu göndər" düyməsinə basmaq;
- telefonun sahibinə, sms ismarıclar və/ və ya push bildirişlər və/ və ya smartfonlar üçün tətbiqlər və/ və ya smartfonlar üçün messencerlər vasitəsilə və/ və ya başqa üsulla Alıcının qeyd etdiyi telefon nömrəsinə fərdi kod göndərilir ki, Alıcı həmin kodu kod üçün nəzərdə tutulan bölməyə daxil edir;
- göndərilmiş və daxil edilmiş kod eyni olduğu zaman verifikasiya uğurla tamamlanmış hesab olunur – telefon nömrəsinin məlumatları Hesabda və/ və ya Sifarişin rəsmiləşdirilməsi mərhələsində Müştəri haqqında məlumatlarda ("Məlumatlarınız" - "Ad və soyad") olan müəyyən fiziki şəxsə məxsus olduğu müəyyən edilir.
3.2. Verifikasiya nəticəsində, İstifadəçi Unikal identifikator əldə edir və Servisin Qeydiyyatdan keçmiş istifadəçisi olur.
3.3. Alıcı logini və şifrəni, telefon nömrəsini və fərdi kodları üçüncü şəxslərə bildirməməyi öhdəsinə götürür. Alıcıda qeyd olunan məlumatların təhlükəsizliyi, onların üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı şübhələr yarandığı halda, Alıcı dərhal bu barədə Servisi məlumatlandırmağı öhdəsinə götürür.
3.4. Telefon nömrəsinin verifikasiyası üçün göndərilən birdəfəlik kod İstifadəçinin qeyd olunan İstifadəçi telefon nömrəsinin mənsubiyyətini və onun bu Şərtlərlə razılığını təsdiq edir.
4. Servisdən istifadə. Xüsusi şərtlər
4.1. Servis Alıcı tərəfindən Servisdə Satıcının təklif etdikləri Malların çatdırılması üzrə xidmətlərin sifariş edilməsi üçün nəzərdə tutulub. Bu zaman Alıcının Satıcı sifariş edilmiş malların çatdırılmasının təşkil olunması üzrə xidmətlərin göstərilməsi haqqında Müqaviləni bağlaması bilavasitə olaraq Servisdə həyata keçirilir.
4.2. Razılaşmanın predmetini alıcı tərəfindən şəxsi və digər məqsədlər üçün saytda əks olunan məhsulların alınması və digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu razılaşma şərtləri saytda cari vaxtda satışda olan bütün məhsullara şamil olunur.
4.3. Servisdə məhsul sifariş edən alıcı bu razılaşmanın şərtləri ilə tam razılaşdığını bəyan edir.
4.4. Servisdə satılan məhsullar, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta (təklif) hesab olunur.
4.5. Satıcı alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.
4.6. Alış o vaxt baş tutmuş sayılır ki, alıcı məhsulun dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (elektron/nağd) ödəmiş olsun.
4.7. Servisdə olan sifariş formasını doldurmaqla alıcı özünə aid əlaqə vasitələri barədə məlumatların satıcı və ya satıcının müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Bura gələcəkdə alıcıya müxtəlif endirim kampaniyaları və digər əlaqəli məlumatların göndərilməsi aiddir.
4.8. Sifariş alıcı ilə satıcı arasında bağlanılmış müqavilə hesab olunur.
4.9. "www.emporium.az" səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, alıcı günün, ayın, ilin istənilən vaxtı saytın xidmətlərindən istifadə edə bilər. Satıcının iradəsindən kənar səbəblərdən dolayı saytın fəaliyyətinin istənilən müddətə dayanması, habelə satıcının bu razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən alıcıya zərər dəyərsə, bu halda satıcı/servisin mülkiyyətçisi hər hansı məsuliyyət daşımır.
4.10. Servisdə satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmazlıq olduğu təqdirdə, alıcı sayta yazılı müraciət ünvanlaya bilər.
4.11. Saytda göstərilməsinə baxmayaraq, əgər sifariş verilmiş mal satıcının anbarında yoxdursa, satıcı bu barədə ən qısa vaxt ərzində alıcıya xəbər verməklə sifarişi ləğv edir.
4.12. Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə satıcı/servisin mülkiyyətçisi məsuliyyət daşımır.
4.13. Sifariş verilərkən alıcı "standart çatdırılma" və ya "təcili çatdırılma" seçimlərindən birini seçməlidir. Çatdırılma Satıcının özü və ya cəlb etdiyi üçüncü şəxs tərəfindən həyata keçirilə bilər (kuryer).
- "Standart çatdırılma" 100 AZN və daha çox məbləğində sifarişlər üçün ödənişsizdir, 100 AZN-dən az olan sifarişlər üçün isə çatdırılma haqqı 10 AZN təşkil edir. 16:00-a qədər olan sifarişlər həmin gün, 16:00-dan sonrakı sifarişlər isə növbəti iş günü çatdırılır.
- "Təcili çatdırılma" zamanı servisdə qeyd edilən əlavə ödəniş edilir və sifariş məsafədən asılı olaraq mümkün qısa müddət ərzində çatdırılır. Alıcı sifarişi çatdıran kuryerin onunla, saytda qeyd etdiyi mobil telefon vasitəsilə əlaqə saxlamasına razılıq verir.
4.14. Əgər buna obyektiv səbəb varsa, məhsulların çatdırılma vaxtı/tarixi satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
4.15. Məhsulların çatdırılması yalnız Azərbaycan Respublikasının Bakı şəhəri və Abşeron rayonu ilə məhdudlaşır.
4.16. Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir.
4.17. Göndərilmiş məhsulu qəbul edən alıcı (və ya 3-cü şəxs) öz sifarişini kuryerdən qəbul edərkən yerində məhsul(lar)a baxış keçirməlidir. Baxış keçirdikdən sonra alıcı (və ya 3-cü şəxs) sifarişin çatdırılmasını təsdiq edən sənədi imzalayır və bununla məhsul(lar)a dair hər hansı iddiasının olmadığını bəyan edir.
4.18. Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə alıcı məsuliyyət daşıyır.
4.19. Saytda satılan məhsulların qiyməti ƏDV daxil olmaqla Azərbaycan manatı (AZN) ilə göstərilir.
4.20. Əgər saytda malın qiyməti səhv göstərilibsə, satıcı sifarişin edilməsindən asılı olmayaraq məhsulu geri götürüb ödənişi alıcıya qaytarır.
4.21. Saytda malın qiyməti satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
4.22. Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə satıcı/saytın mülkiyyətçisi məsuliyyət daşımır.
4.23. Satıcı/saytın mülkiyyətçisi aşağıdakı mülahizəyə əsasən alıcının sifarişini ləğv edə bilər:
4.23.1. Əgər alıcı 3 dəfə ard-arda hər hansı məhsulu almaqdan əsassız surətdə imtina edirsə;
4.23.2. Əgər alıcı tərəfindən qeyri-qanuni əməliyyatların həyata keçirilməsi şübhəsi varsa, habelə qeyri-etik davranış nümayiş etdirirsə. Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, satıcının/servisin mülkiyyətçisinin maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir.
4.24. Məhsulların geri qaytarılması şərtləri "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla və "Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Əgər satıcının təqsiri olmayan hallarda məhsul qaytarılırsa, qaytarılma ilə bağlı xərclər alıcıdan tutulur.
4.25. Məhsulun təyinatına uyğun olmayan formada istifadəsi nəticəsində alıcıya dəymiş zərərə görə satıcı/servisin mülkiyyətçisi məsuliyyət daşımır.
4.26. Saytdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
4.27. Satıcının ofisi əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.
4.28. Bu razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 (beş) iş günü ərzində tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
4.29. Yuxarıda qeyd edildiyi kimi, Servisdə qeydiyyat könüllüdür. Alışı həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş Alıcılar rəsmiləşdirə bilər.
4.30. Çatdırılmaya dair şərtlər Servisdə "Çatdırılma şərtləri" bölməsində, məhsulların qaytarılması və dəyişdirilməsi qaydaları "Qaytarma və dəyişdirmə" bölməsində, ödənişlə bağlı şərtlər isə "Ödəniş üsulları" bölməsində yer almışdır.
5. Sifariş üzrə ödənişin edilməsi
5.1. Servisdə Sifariş rəsmiləşdirən Alıcıya Servis tərəfindən nəzərdə tutulan üsullardan biri vasitəsilə ödəniş variantını seçmək imkanı təqdim edilir:
5.1.1. Mallar üzrə ödənişin çatdırılma zamanı nağd edilməsi,
5.1.2. Mallar alındıqda ödənişin bank kartı ilə edilməsi. Servis tərəfindən VISA, MasterCard və MaestroCard kartları qəbul edilir.
5.2. Müvafiq ödəniş formasının seçilməsi Alıcı tərəfindən Servis interfeysində həyata keçirilir.
5.3. Alıcının Satıcı qarşısında Alıcı ilə Satıcının Malların alqı-satqısı münasibətləri üzrə Alıcıya verilən Mala/ Mallara görə öhdəliklərin ödənilməsi, Alıcı tərəfindən seçilmiş ödəniş formasından asılı olmayaraq, Azərbaycan manatı ilə, Malların dəyərinin 100% (yüz faizi) məbləğində avans ödənişi ilə həyata keçirilir.
5.4. Xidmətlər üzrə ödəniş Satıcının hesablaşma hesablarının açıldığı bankdan təsdiq aldığı, ödəniş məbləği Satıcının cari hesabına daxil olduğu andan və ya Satıcının kuryeri nağd pulu aldığı andan etibarən edilmiş hesab olunur.
5.5. Alıcıya verilən Mallara görə kassa və/ və ya maliyyə çeki və mal üzrə, Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının qorunması haqqında" Qanununa uyğun olaraq tələb olunan, digər mal müşayiət sənədləri Satıcı tərəfindən İstifadəçiyə təqdim olunur. Malların Alıcıya çatdırılması üzrə Xidmətlər çərçivəsində, Satıcı kassa və/ və ya maliyyə çekinin və mal üzrə mal müşayiət sənədlərinin çatdırılmasını həyata keçirə bilər, bu zaman kassa və mal çeklərinin və digər Mal müşayiət sənədlərinin lazımı qaydada tərtib edilməsinə görə məsuliyyəti malın Satıcısı daşıyır.
5.6. Alıcı, Servisdə bank kartı ilə ödəniş etməklə, kassa çekinin ona elektron formada (kassa çekinin, PDF formatında yüklənməsi imkanı ilə, linki) elektron poçta, yaxud, İstifadəçinin elektron poçtu haqqında məlumatlar olmadığı halda, verifikasiyadan keçmiş telefon nömrəsinə göndərilməsi ilə razılaşır. Bu cür olan halda, çap olunmuş kassa çeki təqdim olunmur.
5.7. Malın qiymətinin hissə-hissə ödənilməsi qadağandır.
6. Satıcı tərəfindən sifarişin ləğv edilməsi
6.1. Satıcı aşağıdakı hallarda Sifarişi ləğv edə bilər:
6.1.1. Alıcı Sifariş üzrə ödənişi etmədiyi halda;
6.1.2. Satıcı Alıcının Sifarişdə qeyd etdiyi əlaqə məlumatları vasitəsilə Alıcı ilə/ Sifariş qəbul edənlə əlaqə qura bilmədiyi halda;
6.1.3. Çatdırılma vaxtı (zaman intervalı) Alıcını qane etmədiyi və yeni çatdırılma vaxtının təyin edilməsi üzrə danışıqlar nəticəsində razılıq əldə etmək mümkün olmadığı halda;
6.1.4. Mal anbarda olmadığı və ya Alıcıya göndəriləcək Mal zədələndiyi halda;
6.1.5. Satıcının Sifarişi icra edə bilmədiyi digər hallarda;
6.1.6. Alıcı, qanunvericiliklə nəzərdə tutulan hallarda Maldan imtina etdiyi zaman;
6.1.7. Alıcı Sifarişin (Malın) alınmasından boyun qaçırdığı halda;
6.1.8. Malın Servisdə qeyd olunan qiyməti texniki səhvin və ya üçüncü şəxslər tərəfindən qeyri-qanuni hərəkətlərinin nəticəsi olduğu halda.
6.2. Satıcı tərəfindən Sifarişin icra edilməsi Alıcının və ya Satıcının iradəsindən asılı olmayan səbəblərlə (gömrük qaydalarının və ya prosedurlarının dəyişməsi, Alıcı tərəfindən çatdırılma üsulu kimi seçilmiş sifarişlərin verilməsinin mümkün olmaması və Malın razılaşdırılmış üsulla verilməsinə maneçilik törədən digər hallar, o cümlədən, sifariş çatdırıldığı zaman itirildiyi, həmin Malın tədarükçüsündə Malın olmadığı, Mal Satıcının anbarına gəlmədiyi, sifarişin işlənməsi zamanı aşkar edilmiş qüsur (brak), çeşid miqdarında fərqlərin aşkar edilməsi və ya Malın işləmə qabiliyyətinin olmaması səbəbi ilə Mal anbarda olmadığı halda və s.) mümkün olmadığı halda, Satıcı sifarişi ləğv edir və Alıcıya xəbər verir, Alıcı isə, yeni sifarişin rəsmiləşdirilməsi yolu ilə (rəsmiləşdirmə anında Mal satışda olduğu halda), Malın çatdırılması üzrə yeni şərtləri razılaşdırmaq hüququnda olur. Sifariş rəsmiləşdirildiyi anda, malın qiyməti artdığı, əvvəlki sifarişdə qüsur səbəbi ilə deyil, başqa səbəblə ləğv edildiyi halda, yeni sifarişin rəsmiləşdirilməsi günü qiymətdəki kompensasiya fərqi əlavə edilmir.
7. Sifarişin alıcı tərəfindən ləğv edilməsi
7.1. Alıcı alış haqqında qərarını dəyişdirmək, sifariş olunmuş Maldan, həmin Mal alınmazdan (çatdırılmazdan) öncə istənilən zaman imtina etmək hüququndadır.
7.2. Sifariş hələ çatdırılma üçün verilmədikdə, Alıcıya onu dəstək xidmətinə zəng vasitəsilə ləğv etmək imkanı təqdim oluna bilər (+994 51 225 96 96). Alıcı, çatdırılmaya verilməsi anına qədər, Sifarişə daxil edilən Malların bir hissəsinin əldə olunmasından imtina edə bilər. Qalan hallarda, Alıcı yalnız bütövlükdə Sifarişdən imtina etmək hüququndadır.
7.3. Alıcıya, Göndəriş alındığı zaman (kuryer vasitəsilə çatdırılma zamanı) Göndərişdəki Mallardan imtina etmək imkanı təqdim olunur. Sifarişin bütövlükdə alınmasından imtina edildiyi halda, Alıcı 10 AZN məbləğində çatdırılma haqqını ödəməyi öhdəsinə götürür.
7.4. Alıcı Malı qəbul etdiyi zaman ondan imtina etdiyi halda və Maldan imtina səbəbi Malın lazımı keyfiyyətdə olmaması ilə əlaqədar olmadıqda, Satıcı Alıcıdan onun qeyd etdiyi bu cür Malın çatdırılmasının təşkil edilməsi Xidmətlərinin Sifarişdə göstərilən dəyərini tutmaq hüququnda olur.
8. Malın alıcı tərəfindən geri qaytarılması
8.1. Malın Satıcıya geri qaytarılması Alıcı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada həyata keçirilir. Malların Satıcılarının verilənləri Servisdə Sifarişin rəsmiləşdirilməsi interfeysində Alıcıya təqdim olunur.
8.2. Malı geri qaytarmaq istəyən İstifadəçi www.emporium.az/pages/returns ünvanında qeyd olunan tələblərə uyğun olaraq bilavasitə Satıcıya müraciət edir.
8.3. Alıcının Mala görə ödədiyi pul vəsaitlərinin geri qaytarılması Satıcı tərəfindən həyata keçirilir.
9. Malın alıcıya çatdırılması və verilməsi
9.1. Qeyd olunan ünvana çatdırılma Alıcının üzərinə çatdırılma üçün razılaşdırılmış vaxt qeyd olunan ünvanda olmaq öhdəliyi yükləyir.
9.2. Qeyd olunan ünvana çatdırılma Alıcının qeyd edəcəyi otağa və yerə qədər o şərtlə həyata keçirilir ki, keçidləri bağlayan əşyalar olmasın, qablaşdırmadakı mallarla keçid (qapı, dəhliz) arasındakı məsafə isə ən azı 5 sm təşkil etsin.
9.3. Alıcının qeyd etdiyi otaqdakı şərait Malın çatdırılmasına maneçilik törədir və ya onun zədələnməsinə səbəb ola bilərsə, Mal uyğun (9.2-ci bənddə sadalanmış) şəraitin olduğu ən yaxın yerə qədər çatdırılır. Çatdırılmanı həyata keçirən şəxs ərazinin maneçilik törədən əşyalardan təmizlənməsini həyata keçirmir və otaqlardakı əşyaların yerini dəyişmir.
9.4. Çatdırılmanı həyata keçirən şəxsin öhdəliklərinə Malın istismarı və xüsusiyyətləri üzrə konsultasiya, onun quraşdırılması və tənzimlənməsi daxil deyil.
9.5. Sifarişi verdiyi zaman Alıcı, Sifarişin çatdırılmasını həyata keçirən şəxsin iştirakı ilə, Sifarişin xarici görünüşünü və qablaşdırmasını, Sifarişdəki Malın miqdarını, komplektliyini, çeşidini yoxlamalıdır.
9.6. Məmulatların uyğunluğunu yoxlamaq yalnız Sifarişi çatdırmış və ya vermiş şəxsin iştirakı ilə həyata keçirilir.
9.7. Çatdırıldıqda, Sifariş Alıcıya və ya Sifarişi qəbul edən kimi qeyd olunan şəxsə təqdim olunur. Yuxarıda qeyd olunan şəxslər nağd hesablaşma ilə rəsmiləşdirilmiş Sifarişi qəbul edə bilmədiyi halda, Sifariş onun haqqında məlumatları (göndəriş nömrəsini və/ və ya Qəbul edənin SAA) təqdim etməyə, habelə, Sifarişin çatdırılmasını həyata keçirmiş şəxsə Sifarişin dəyərini tam həcmdə ödəməyə hazır olan şəxsə verilir.
9.8. Satıcıya qarşı çatdırılmanın təşkil edilməsi, Malın xarici görünüşü və komplektasiyası üzrə pretenziyalar, malı çatdıran şəxs getdikdən sonra qəbul olunmur.
9.9. Sifariş, Mal verildiyi və onun çatdırılmasını təsdiq edən mal müşayiət sənədlərində imzanın atıldığı anda Alıcıya çatdırılmış hesab olunur. Çatdırılmanı müşayiət edən sənədlər Alıcıya elektron şəkildə təqdim oluna bilər.
9.10. Çatdırılma Azərbaycan Respublikasının Bakı şəhəri (Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Səbail, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Pirallahı rayonları daxil olmaqla) və Abşeron rayonu (Sumqayıt və Xırdalan şəhərləri daxil olmaqla) ərazilərini əhatə edir.
9.11. 100 AZN və daha çox məbləğində Sifarişlərin çatdırılması pulsuzdur. 100 AZN-dən az olan Sifarişlər üçün çatdırılma haqqı 10 AZN təşkil edir.
9.12. Təcili çatdırılma ("Express Delivery") yalnız Bakı şəhəri ərazisinə şamil edilir və çatdırılma məbləği 15 AZN-dir.
10. Digər şərtlər
10.1. Alıcı təsdiq edir ki, onun fəaliyyət qabiliyyəti var və o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Şərtlərlə nəzərdə tutulan sövdələşmələrin yerinə yetirilməsi üçün zəruri olan yaşa çatıb.
10.2. Satıcı aşağıdakılara görə məsuliyyət daşımır:
10.2.1. Servisin fəaliyyətində müvəqqəti problemlərə və fasilələrə və onların səbəb olduğu məlumat itkilərinə, habelə, məlumatların qorunub saxlanmasına, onun verilməsinin və çatdırılmasının düzgünlüyünə və vaxtında verilməsinə və çatdırılmasına görə (şəxsi məlumatlarla bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla).
10.2.2. Servisin fəaliyyətinin etibarlılığına, keyfiyyətinə və sürətinə və Alıcının yaratdığı, istifadə etdiyi və aldığı məlumatların qorunub saxlanmasına görə (şəxsi məlumatlarla bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla).
10.3. Satıcı Alıcıya sonuncu tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.
10.4. Əlavə olaraq Alıcı anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa Alıcılardan sazişin bağlanması üzrə təkliflər, təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. Alıcı anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
10.5. Servisdə dərc edilmiş mesajlar onların dərc edildiyi anından Alıcıya çatdırılmış hesab edilir.
10.6. Alıcı təsdiqləyir ki, Satıcı Alıcıya məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
10.7. Satıcının (o cümlədən proqram təminatının) intellektual mülkiyyət obyektlərinin surətinin çıxarılması, dəyişdirilməsi, paylaşılması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Satıcının yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.











