Ölçünü necə müəyyən edə bilərəm?
Bütün məhsullar beynəlxalq ölçü sistemində təqdim olunur. Ölçünüzü müəyyən etmək üçün hər məhsulun səhifəsindəki "ölçü cədvəli" keçidinə daxil olun. Ölçü seçimində kömək üçün Müştəri xidmətimizə də müraciət edə bilərsiniz.
Məhsulun mövcud olub-olmadığını necə bilə bilərəm?
Hər məhsulun səhifəsində bütün mövcud ölçülər göstərilir. İstədiyiniz ölçü siyahıda yoxdursa, deməli, hazırda mövcud deyil.
Necə alış-veriş edim?
İstədiyiniz məhsulu və ölçünü seçin və "Səbətə əlavə et" düyməsini basın. Almaq istədiyiniz məhsulları əlavə etdikdən sonra yuxarı sağ küncdəki çanta işarəsinə klikləyin. Səbətə keçin və "Sifarişi rəsmiləşdir" düyməsini seçin. Adınızı və əlaqə məlumatlarınızı daxil etdikdən sonra "ünvana çatdırılma" və ya "mağazadan götürmə" seçimini edə bilərsiniz. Ödəniş üsulu olaraq kart və ya nağd ödəniş təqdim olunur. Kartı seçdikdə "ödənişə keç" düyməsini basaraq sifarişi tamamlamaq üçün bankın səhifəsinə yönləndiriləcəksiniz. "Nağd" seçimini etdikdə sifarişinizi təsdiqləyə bilərsiniz. Sifariş nömrənizi təsdiqləyən SMS göndəriləcək və əməkdaşımız qısa müddətdə sizinlə əlaqə saxlayacaq.
Onlayn sifariş vermək nə dərəcədə təhlükəsizdir?
Kart məlumatları serverimizdə saxlanmır. Sifarişi rəsmiləşdirdikdən sonra kartla ödəniş üçün PAŞA Bank səhifəsinə yönləndirilirsiniz.
Ödənişim qəbul olunmur, nə etməliyəm?
Ödəniş qəbul olunmadıqda imtinanın səbəbini PAŞA Bank-ın ödəniş səhifəsində öyrənə bilərsiniz. Bunlar kart nömrəsinin səhv daxil edilməsi, hesabda kifayət qədər vəsaitin olmaması, kartın müddətinin bitməsi və ya CVC kodunun səhv olması ola bilər.
Sifarişi qaytarmaq və ya dəyişmək olarmı?
Hər hansı səbəbdən sifarişinizi qaytarmaq və ya dəyişmək istəsəniz, bunu çatdırılma tarixindən etibarən 14 təqvim günü ərzində, Bazar ertəsindən Bazar gününədək 10:00–22:00 arası edə bilərsiniz. Telefonla bizimlə əlaqə saxlayın: +994 51 225-96-96 / +994 12 464-07-07











