Tod's brendinə məxsus bu dəri lofer zəriflik və yüksək keyfiyyətin təcəssümüdür. Yüksək dərəcəli dəridən hazırlanan bu model, tünd qəhvəyi rəngi və üst hissəsində yerləşən qızılı metal bar detalı ilə seçilir. Bar üzərində həkk olunmuş “TOD’S” loqosu isə brendin zərif imzası kimi çıxış edir. Klassik kəsimi və incə işləməsi ilə bu loferlər həm gündəlik, həm də rəsmi kombinlər üçün ideal tamamlayıcı olacaqdır.
– Tərkibi: 100% Dəri
– Qızılı metal bar detalı
– “TOD’S” loqosu