az
enru
Tax Free
turistlərə çatdırılmada
turistlərə çatdırılmada
Səbət

Səbət boşdur

Çatdırılmada Tax-Free

Tax‑Free xidməti yalnız ölkəmizin qeyri‑rezidentləri (turistləri) üçün nəzərdə tutulub. Bu xidmət vasitəsilə alış zamanı sizə təqdim edilən sənədlərlə ölkədən çıxarkən ƏDV-nin bir hissəsini geri ala bilərsiniz.

ŞƏRTLƏR

- Xidmət yalnız qeyri‑rezident müştərilərə aiddir.

- Tax‑Free formu yalnız çatdırılma zamanı təqdim olunur.

- Tax‑Free-dən istifadə üçün hər bir e-qaimə üzrə alış məbləği (ƏDV daxil) minimum 300 AZN olmalıdır.

- Alış tarixindən etibarən mallar 90 gün ərzində ölkədən çıxarılmalıdır.

- Mallar şəxsi istifadə üçündür və ölkədən çıxarılmalıdır.

NECƏ İŞLƏYİR?

1. Saytda sifariş edin
Məhsulları səbətə əlavə edin və sifarişi tamamlayın.

2. Çatdırılma zamanı sənəd əldə edin
Kuryer sifarişinizi çatdırarkən pasportunuzu təqdim edirsiniz.
Sifarişlə birlikdə sizə Tax‑Free formu verilir.

3. Ölkədən çıxarkən verginizi geri alın

Sərhəddə və ya hava limanında Tax‑Free formunu təqdim edərək ödənişin bir hissəsini geri alırsınız (nağd və ya kartla).

VACİB QEYDLƏR

- Tax‑Free xidməti rezident müştərilərə şamil edilmir.

- ƏDV məbləğinin qaytarılması yalnız ölkədən çıxış zamanı həyata keçirilir.

- Qaytarılacaq məbləğdən dövlət və bank komissiyaları tutulur.

ƏLAQƏ

Sual və müraciətləriniz üçün bizimlə əlaqə saxlayın:

+994 (50) 271-56-66

iş saatları: Bazar ertəsi - Cümə, 9.00-18.00

Bu xidmət ölkəmizə gələn qonaqlara daha sərfəli alış-veriş imkanı yaradır: sənədləri evinizə çatdırırıq, vergini isə ölkədən çıxarkən geri alırsınız.

Kömək lazımdır?
  • +994 51 225 96 96 nömrəsinə zəng edin